Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Razi Nurullayev Fuad Qəhramanlının həbsindən yazdı

Razi Nurullayev Fuad Qəhramanlının həbsindən yazdı

Razi Nurullayev Fuad Qəhramanlının həbsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb:

“Fuad Qəhrəmanlının həbsindən üzüldüyümü bildirirəm. Ona tezliklə azadlıq arzulayıram. Məhbusluq məşəqqətdir. Siyasətdə olan adamlar isə heç zaman həbsdən xali deyillər.

Fuad həbsdən qaça da bilərdi. Onu, “Yurd” Partiyasının sədri Əli Kərimli dayandırmalı idi. Amma, dayandırmadı. Özü liberal yazdı, iqtidara sərf edən cümlələr işlətdi və özünü dövlətçi kimi qələmə verdi. Amma, ətrafında zombiləşdirdiyi adamlara demədi ki, belə həssas bir mövzu və məqamda lazımsız çağırışlar etməyin, Roma Papasından çox katolik olmağa çalışmayın.
Əgər sən liberal və hakimiyyətin siyasəti ilə uzlaşan yazılar yazırsansa, orbitində fırlatdığın və beyinlərini yuduğun adamlara niyə məsləhət verə bilmirsən? Heç olmasa bu məsləhəti indi ver. Fuad bəy isə ağlı başında bir insandır. O nə etdiyini gözəl bilirdi. Amma, hər şeyin, hər hərəkətin və hər bir icazənin belə sərhədi var. Sərhədi aşanda fəlakət olur. Allah qapını açsın”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın