Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Razi Nurullayev: “Cəmiyyət evi olmayan deputatı qəbul etmək istəmir”

Razi Nurullayev: “Cəmiyyət evi olmayan deputatı qəbul etmək istəmir”

“Milli Məclisdə Tahir Kərimlinin və mənim dediyim yerində, düzgün alınmadı, bunu etiraf edirəm. Çünki ilin-günün bu vaxtı bu cür təkliflərin yeri deyil”.

Bu sözləri millət vəkili Razi Nurullayev deyib. Millət vəkili səsləndirdiyi “deputatların kirayə pulu artırılsın” təkliflə də bağlı heç bir peşmançılıq hissi keçirmədiyini dilə gəitirib:

“Əslində bu məsələyə diqqət çəkmək üçün dedim, məqsədimə də nail oldum və bundan bir an da peşmanlıq hissi keçirmirəm. Çünki bir çoxları elə düşünür ki, deputatların hamısı “yağ-bal” içərisində yaşayır, milyarderdir və sairə. Sonradan da məlum oldu ki, 12 deputatın evi yox imiş, kirayədə yaşayırmış. Çoxu bunu yalan adlandırdı, “heç belə deputat olar?” deyə fikirlər səsləndi. Belə anlaşılır ki, cəmiyyət evi olmayan deputatı heç qəbul etmək istəmir. Bunun özü əslində cəmiyyətə ötürülmüş mesaj oldu.

Lakin müxtəlif partiyaların nümayəndələri dediklərim barədə status yazıb, camaatın fikrini çaşdırmağa, fitnəkarlıqla məşğul olmağa başladı. Onlara demək lazımdır ki, ay fitnəkar, axı sən bu günə qədər fitnəkarlıqdan başqa nə ilə məşğul olmusan?! Mənim bütün fəaliyyətim sosial şəbəkədə açıq-aydın paylaşılır. Deputatlıq missiyamı yüksək səviyyədə həyata keçirirəm. Bu günə qədər mindən çox şəhid ailəsini ziyarət etmişəm, Qarabağ qaziləri ilə görüşürəm. Bəs siz nə edirsiniz? Bir tək status yazıb, onun arxasında gizlənib, fitnəkarlıq törədirlər. Bu cür insanlar həqiqətən lənətlənməlidir. Onların iç üzünü bir daha gördüm. Şəhid ailələrinin, qazilərinin arxasında gizlənir, amma çıxardıb 1 manat pul vermək istəmirlər, indi də “şir-pələngə” dönüblər”.

Xatırladaq ki, ötən gün parlamentdə deputat Tahir Kərimlinin “Dövlət büdcəsi ilə Milli Məclisin işçilərinin evi tikilsin, maşınları yenilənsin”, həmçinin Razi Nurullayevin “deputatların kirayə pulu artırılsın” təklifi çıxış etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Musavat.com

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …