Ana səhifə / Siyasət / Rauf Qurbanov: “Ermənilərə qarşı göstərdikləri bu iltifat, heç də onlara olan məhəbbətdən irəli gəlmir”

Rauf Qurbanov: “Ermənilərə qarşı göstərdikləri bu iltifat, heç də onlara olan məhəbbətdən irəli gəlmir”

Bütün ermənilərin katolikosu II Qaragin Eçmiədzində Avropa Parlamentinin nümayəndə heyyətini qəbul edib. Tərəflər bir sıra məsələləri müzakirə ediblər.

Diqqəti çəkən məqam odur ki, II Qaragin nümayəndə heyyətini din xadiminə xas olan formada deyil, aqressora xas olan tərzdə qəbul edərək mövqe sərgiləyib. Əsasən də siyasi məsələləri qabardaraq Azərbaycana yönəlik sərt itthamlar səsləndirib. Sanki nümayəndə heyyəti ilə din xadimi deyil, revanşist müxalifətin hansısa radikal təmsilçisi görüşür. Qaeagin nümayəndə heyətindən Azərbaycanın ermənilərə qarşı hərbi siyasət aparmasını pisləməyə çağırıb. Katalokos bununla bağlı beynəlxalq ictimaiyyətin Ermənistanı dəstəklənməsinin vacibliyini vurğulayaraq dost ölkələrin, beynəlxalq strukturların, o cümlədən Avropa Şurasının dəqiq mövqe bildirəcəyinə və addımlar atacağına ümid etdiyini bildirib. Azərbaycanın regionda sabitliyi pozan maksimalist ambisiyalarını cilovlamaq çağrışı ilə çıxış edib.

Öz növbəsində Avropa Parlamentinin üzvləri katalikosa bu problemlərin ictimailəşdirilməsi və aradan qaldırılması üçün dəstək verməyə hazır olduqlarını bildiriblər.

Məsələyə münasibət bildirən Azərbaycan Kommunist Partiyası MK-nın sədri Rauf Qurbanovun fikrincə, katalikos zaman-zaman milli ədavəti qızışdıran mövqedən çıxış edib: “II Qaraginin sərgilədiyi mövqe də bunun davamıdır. Avropalıların ermənilərə qarşı göstərdikləri bu iltifat, heç də  onlara olan məhəbbətdən irəli gəlmir. Məsələni bir qədər dərindən araşdırıb təhlil etsək aydın görərik ki, Avropalıların erməni qardaşlarına göstərdikləri “ayı xidməti” əslində sadə, zəhmətkeş ermənilərin mənafelərinin əksinədir. Avropalılara Ermənistanda  iqtisadi durum hansı vəziyyətdə olduğu yaxşı məlumdur. Bütün bunları bilə-bilə ermənilərin katalikosu, maddi nemətlərlə tam təmin olunmuş II Qaraginlə görüşdə ermənilərin problemlərinin ictimailəşdirilməsində və aradan qaldırılmasında Ermənistana dəstək verməyə hazır olduqların bildirirlər. Bu, onu göstərir ki, onların mənasız müharibədə övladını və ya ailə başçısını itirmiş, bir qismət çörəyə ehtiyacı olan sadə, kasıb ermənin istəklərindən xəbərləri yoxdur. Əslində bu onlar üçün heç maraqlı da deyil. Onların əsas maraqları Azərbaycan və Ermənistan arasında münasibətləri gərginləşdirmək, münaqişəni yenidən alovlandırmaq və regionda sabitliyi pozmaqdır. II Qaragin də bu məsələdə alət rolunu oynayır, ədavəti qızışdırır. Avropa Parlamentinin üzvləri üçün sirr deyil ki, 30 ilə yaxın bir dövr ərzində onlarn Ermənistana verdikləri  dəstəyə baxmayaraq, 2020-ci ilin sentyabr ayından başlamış 44 günlük zəfər savaşında nəticə nədən ibarət oldu. Bu baxımdan da tam məhsuliyyət hissi ilə demək istəyirəm  ki, nə AP-li deputatlar, nə bütün ermənilərin katalikosu II Qaragin erməni xalqının mənafeyinə xidmət etmirlər. Əgər onalrın belə bir istəyi və niyyəti olsaydı, onlar bu iki qonşu xalq arasında düşmənçilik toxumu səpmək əvəzinə, dostluq və mehribançılıq münasibətlərinin bərpa olunmasına çalışardılar. Qarabağ problemi iki il bundan öncə öz həllini tapıb və o artıq tarixin yaddaşına çevrilib. Bu məsələnin  yenidən hansısa beynəlxalq qurum tərəfindən gündəmə çıxarılmasına çəht göstərərək müzakirə və ya müdafiə edilməsinə heç bir ehtiyac yoxdur”.

Partiya sədri onu da əlavə etdi ki, bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu bilir və bunu qəbul edir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …