Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rauf Mirqədirovun vəsatəti təmin olunmadı

Rauf Mirqədirovun vəsatəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin ilkin baxış iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılıb.

Hazırlıq iclası qapalı keçirilib və məhkəmə də Rauf Mirqədirov da iştirak edib. Vəkil Fuad Ağayev deyib ki, prosesdə həbs qətimkan tədbirinin ləğv edilməsi, yolverilməz sübutların cinayət işindən çıxarılması və yeni sübutların araşdırılması, apellyasiya məhkəməsi istintaqı dövründə azadlığa buraxılmasının mümükünlüyü barəxə vəsatət verib. Vəsatətlər təmin olunmayıb.

Hakim qeyd edib ki, məhkəmə baxışı zamanı ehtiyac olarsa, istintaq yenilənə bilər.

Məhkəmə baxışı martın 3-nə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın