Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Siyasət / Rauf Mirqədirov Azərbaycandan getdi

Rauf Mirqədirov Azərbaycandan getdi

Məhkəmə siyasi icmalçının iddiasını təmin edib
Sentyabrın 16-da siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov Almaniyaya yola düşüb.
Bu barədə Rauf Mirqədirovun özü Meydan TV-yə məlumat verib.
O, Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya yola düşəcək.
Rauf Mirqədirov beynəlxalq tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedəcək: “Məhkəmə mənim ölkəni tərk etməklə bağlı iddiamı təmin edib. Ona görə mən həbs olunandan sonra İsveçrədə məskunlaşan ailəmin yanına gedəcəm”.
Amma siyasi icmalçı ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: “Hələ bu barədə heç nə deyə bilmərəm”.
R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

Həmçinin oxuyun

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin …

Bir cavab yazın