Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Rauf Arifoğluna məşhurlardan böyük dəstək – VİDEO

Rauf Arifoğluna məşhurlardan böyük dəstək – VİDEO

Dekabr 26-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Media Qrupunun əməkdaşları ilə yanaşı, Xətai rayon sakinləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rauf Arifoğlu qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, namizədliyini irəli sürdüyü gündən etibarən seçki ilə bağlı ən çox müzakirə olunan məsələ məhz onun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olmasıdır.

R.Arifoğlu seçki qərargahının yaradılmasını elan edərək, qərargah sədrini təyin edib. Tanınmış siysi fəal və yazar Çingiz Özgür Rauf Arifoğlunun seçki qərargahının sədri təyin olunub. Ç.Özgür söz alaraq, ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə iştirak edən tanınmış qonaqlar çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

Tədbirdə Qarabağ qazisi Rüxsarə Cumayeva, VİP sədri Əli Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, tanınmış teleaparıcı Turan İbrahimov, Qarabağ Azadlıq Təşkilatlarının sədri Akif Nağı, Qarabağ qazisi Səfər Hümbətov, İş adamı, “Yeni Müsavat” qəzetinin yazarı Mürvət Həsənli, Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıblı, Sabiq maliyyə naziri Saleh Məmmədov, Təmiz Dünya İtimai Birliyinin sədri Mehriban Zeynalova, hüquq müdafiəçisi Mirvari Qəhramanlı, media rəhbərləri və digər tanınmış şəxslər çıxış edərək, Rauf Arifoğlunu dəstəkləyiblər.

Tədbirdə tanınmış teleaparıcı Turan İbrahimov Rauf Arifoğlunun vəkillərindən biri kimi elan olunub. O, məmnuniyyətlə bunu qəbul etdiyini qeyd edib. Turan İbrahimov bildirib ki, ölkə və xalq üçün xeyirli olan bu işdə ona dəstək olacaq.
Tədbirin sonuna yaxın tanımış muğam ustası, bir sıra beynəlxalq müsabiqələrin qalibi Pərviz Qasımov söz alaraq, Rauf Arifoğluna uğur arzulayıb və onun xüsusi texnologiya ilə işlənmiş portretini hədiyyə edib.

Seçki Qərargahının ilk iclasından video xülasəni təqdim edirik.

Musavat.com

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …