Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Siyasət / Rauf Arifoğlu partiya yaradır – “O insanları başıma yığacağam”

Rauf Arifoğlu partiya yaradır – “O insanları başıma yığacağam”

“Yeni Müsavat Partiyasının yaradılması an məsələdir”.

Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R.Arifoğlu hələlik isə buna ehtiyac duymadığını bildirib: “Çünki dövlətimin kursundan razıyam. Elə bir kritik situasiyanı hiss etmirəm. Hiss etsəm, təbii ki, bu addımı atacağam. Mənim iki layihəm vardı: Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti. Müsavat Partiyasından 26 ildən sonra ayrıldım. Peşman deyiləm, düz etmişəm. Yeni Müsavat dövlətin, bayrağın yanında olmalıdır. Müsavatçılıq Prezident İlham Əliyevin apardığı kursdur, Arif Hacılının apardığı kurs deyil ki. İnkar, qaralam… Jurnalistlərimiz mina düşür, deyir, buna dövlət cavab verməlidir. Bu, müsavatçılıq deyil ki. Mən buna imkan vermədim. Müsavat əslində “Yeni Müsavat”dır. Ehtiyatda saxlamışam, özlərini pis aparsalar, Yeni Müsavat Partiyası yaradılacaq. Partiyadan kənara atdıqları brend isimləri, zəhmət çəkənləri, xain adı ilə ləkələdikləri şəxslərini başıma yığacağam”.

Həmçinin oxuyun

Ərdoğan bu gün Azərbaycana səfərə gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir. Dövlət başçısının …