Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Rasim Əliyevi əməliyyat edən həkimə 1 ildən 3 ilə kimi həbs verilə bilər

Rasim Əliyevi əməliyyat edən həkimə 1 ildən 3 ilə kimi həbs verilə bilər

Jurnalist Rasim Əliyevi əməliyyat edən həkim 1 ildən 3 ilə kimi müddətə azadlıqdan məhrum oluna bilər.

Bunu Trend-ə açıqlamasında hüquqşünas Nicat Gözəlov deyib. Onun sözlərinə görə, mərhum R.Əliyevə vaxtında tibbi yardım göstərilməməsi sübuta yetirilmiş olarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsinə əsasən həkimə qarşı cinayət işi açıla bilər.

O bildirib ki, bütün bunlar istintaq prosesinin gedişində müəyyən olunacaq: “Cinayət Məcəlləsində xəstəyə kömək göstərilməməsi barədə (142.3) maddə var. Əgər bu maddə istintaq zamanı aşkara çıxarılarsa, R.Əliyevi əməliyyat edən həkim məsuliyyətə cəlb olunmalıdır. Bu məqamlar çox dəqiq aşkar olunmalıdır”.

N.Gözəlovun sözlərinə görə, mərhum jurnalistin ölüm işində bəzi ziddiyətli məqamlar var: “Yəqin ki, istintaq zamanı dindirilmədə bütün bu ziddiyətli məqamlar aşkara çıxacaq. Ziddiyətli məqam odur ki, R.Əliyevin valideyinlərinin, həkimlərin və dostlarının dedikləri üst-üstə düşmür. Bu isə biraz məsələni qəlizləşdirir. Amma əminəm ki, hüquq-mühafizə orqanlarının araşdırması zamanı bunlar həllini tapacaq. Hesab ediəm ki, o zaman həkimin R.Əliyevə vaxtında tibbi yardım göstərib-göstərmədiyi ortaya çıxacaq. Bundan sonra isə həkimin günahkar olub-olmaması bilinəcək”.

Qeyd edək ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist avqustun 9-da xəstəxanada dünyasını dəyişib. Döyülərək ağır bədən xəsarətləri alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …

Bir cavab yazın