Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Raquf Orucovun atası insult keçirib

Raquf Orucovun atası insult keçirib

Polkovnik-leytenant, şəhid Raquf Orucovun atası İbrahim Orucov insult keçirib.

” Azinforum.az ” xəbər verir ki, bu barədə qaynarinfo.az-a şəhidin qardaşı Orucov Zabil məlumat verib.

Şəhidin qardaşının sözlərinə görə, Raquf Orucovun atası dəfələrlə oğlunun adının ona layiq formada əbədiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciət edib, ancaq onu qəbul edən olmayıb. Nəticədə şəhidin atası bu laqeydsizlikdən narahat olaraq, insult keçirib:

“Artıq 20 günə yaxındır ki, insult keçirib, vəziyyəti ağırdır. Sumqayıt şəhərində 1 saylı yataqxanada yaşayırlar. Dəfələrlə özü Müdafiə Nazirliyinə gedib, orada isə yumşaq desək, başdan edilib. Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü”.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …

Bir cavab yazın