Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

Manset.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …