Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ramiz Yediyarov 10 dərəcə şaxtada ağac əkdirir – VİDEO

Ramiz Yediyarov 10 dərəcə şaxtada ağac əkdirir – VİDEO

Gədəbəydən aldığımız videoda İH başçısı lRamiz Yediyarovun güclü qar yağışı altında ağac əkdirdiyi təsvir olunub. Biçarə icra hakimiyyəti işçiləri beton üzərinə tökülmüş torpaqda quyu qazıb ağac əkməklə icra başçısının tapşırığını yerinə yetirirlər. 
Ağac əkilmək üçün seçilən yer sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısının ağzıdır. 4 il əvvəl Ramiz Yediyarov Gədəbəyə icra başçısı təyin  olunandan sonra F.Bağırovun obyektini sökmək qərarı verib.
Fevralın 18-dən 19-na keçən gecə  YAP-ın rayon təşkilatının gözətçisi Məmmədəli və bir neçə şəxs gecə yarısı əraziyə gəlib və plakatı oğurlayıblar. Bu gün, fevralın 20-də isə icra başçısının göstərişinə əsasən oğurlanan plakatın yerində, sahibkarın obyektinin qapısının ağzında ağaclar əkilib. İcra başçısının bu göstərişi qar yağışı altında, mənfi 10 dərəcədən yuxarı şaxtada həyata keçirilir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın