Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / “Ramiz Mehdiyevin kürəkəni kişi deyil, kişiliyi çatırsa, qarşıma çıxsın” — Partiya sədri

“Ramiz Mehdiyevin kürəkəni kişi deyil, kişiliyi çatırsa, qarşıma çıxsın” — Partiya sədri

Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İlham Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.


Bununla bağlı Konkret.az-a fikirlərini bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, onlar ölkəni talan ediblər, sahib olduqları milyardlar üzə çıxıb: “Bu gün də çıxıb göz yaşı axıdırlar. Onun özü də erməniyə oxşayır. Bu gün verdiyi müsahibəyə mən də baxdım. Çıxıb jurnalistlərin qarşısında ağlayır. Deyir ki, məni bağışlayın. Azərbaycanın milyardlarını oğurlamısınız. Tost deyəndə söyləyir ki, mənim nəslim və bizimlə qohum olanların hamısı Ramiz Mehdiyevin çörəyini yeyir. Necə olur ki, onlar ölkəni talayır, sərvətlərini qorumaqdan ötrü də başlayıb göz yaşı axıdırlar. Onların var-dövləti təcili əlindən alınmalı, dövlətə xəyanəti üzə çıxmalıdır.


Bundan əlavə onunla kim bir yerdədirsə, həbs edilməlidir. İlhamın axmaq, sərsəm danışması, ağlaya-ağlaya özünü aciz göstərməsinin səbəbi var-dövlətini qorumaq üçündür. Onların azərbaycanlılara etdikləri ermənilərinki ilə eynidir. Ona görə də düşünürəm ki, Ramiz Mehdiyevin kürəkəni həbs edilməldir.

No description available.
Onun vəzifəyə qoyduğu insanların hər biri tutulmalıldır. Belə bir insanın çıxıb medianı hədələməsi, onun törətdiyi qanunsuzluqlara görə qınayan deputatları qınaması qəbuledilməzdir. Bu insanlar artıq sanki dövlətə meydan oxuyurlar. Bu gün bu, bir daha sübuta yetirildi. Onların Abel Məhərrəmov kimi ideoloqları, Kərimov Əli kimi müxalifətləri var”.


Hafiz Hacıyev qeyd edib ki, onların zəbt etdiyi torpaqlar, villalar Azərbaycan xalqına geri qaytarılsın: “Düşünürəm ki, onlar həbs edildikdən sonra bağışlanmaqları haqqında düşünmək olar. Onun danışması, gözyaşı axıtması hamısı yalandır. Birinci kişi heç vaxt ağlamaz. Görünür, o kişi deyil. Onun kişiliyi çatırsa, Hafiz Hacıyevin qarşısına çıxsın. Azərbaycan dövlətinin var-dövləti geri qaytarılmaldır. Vətənə etdikləri xəyanətə görə bunlara cinayət işi açılmalıdır. Onların söylədikləri heç bir sözə inanmaq olmaz.


Cənab Prezident İlham Əliyev insanları incidənlər haqqında çox ciddi addımlar atmaqdadır. Son həbslər bunu bir daha sübut edir. Onlar yaxşı bilir ki, onların bu qanunsuzluqları cəzasız qalmayacaq. Ona görə də gözyaşı axıtmağa başlayıblar. Artıq onıarın gözyaşına inanmaq olmaz”.

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …