Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / “Ramiz Mehdiyevdən sonra o qrupun və nəslin təmizlənməsi prosesi gedir”

“Ramiz Mehdiyevdən sonra o qrupun və nəslin təmizlənməsi prosesi gedir”

“Rüşvət və korrupsiya sistem xarakteri daşıyır, bu cür hallara qarşı mübarizə də sistemli şəkildə aparılmalıdır”. 

Bu sözləri Yenisabah.az-a Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər icra başçılarının həbsinə münasibət bildirərkən deyib. 

Partiya sədrinin sözlərinə görə,  rüştəv və korrupsiya sisteminin hər hansı elementində düzəlişlər etmək qeyri-mümkündür. “Əgər ölkədə rüşvət və korrupsiyadan söhbət gedirsə, o zaman sistem dəyişməlidir.  Rejim demokratikləşməli, liberallaşmalıdır. Bütün hakimiyyət orqanları, istər mərkəzi, istərsə də yerli icra orqanları, bələdiyyələr və s. şəffaf fəaliyyət göstərməli və hesabanlılıq olmalıdır. 

Onlara həm parlament nəzarəti, həm də ictimai nəzarət olmalıdır. Təbii ki, müstəqil məhkəmə sistemi və müstəqil medianın olması da zəruridir. Bu mexanizmlər yaradılmadan, tam demokratik-liberal sistem qurulmadan bu mübarizənin effekti olmayacaq və kosmektik xarakter daşıyacaq”, – deyə Sülhəddin Əkbər əlavə edib.

ADP sədrinin fikrincə, icra başçılarının həbsi siyasi hakimiyyətin təhlükəsizliyini təmin etmək xarakteri daşıyır. “Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsindən sonra o qrupun, o nəslin təmizlənməsi prosesi gedir. Əvvəl bu parlamentdə baş verdi. İndisə icra hakimiyyətlərində”, – deyə Sülhəddin Əkbər vurğulayıb.

Həmçinin oxuyun

Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı təkliflərə cavab verməyib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …