Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Ramin Quluzadənin işçiləri korrupsiya faktlarını ört-bastır edirlər? – VİDEO

Ramin Quluzadənin işçiləri korrupsiya faktlarını ört-bastır edirlər? – VİDEO

Son zamanlar “MTN dəstəsi” ilə bir arada sorğulanan rabitə məmurlarının və sabiq nazir Əli Abbasovun açıqlamaları qızğın müzakirə olunmaqdadır. Belə ki, yeyintilər və “pul silmə”lərlə bağlı geniş danışmağa ehtiyac yoxdur. Lakin bəzən elə məqamlar da ortaya çıxır ki, onların ört-bastır edilməsi məntiqlə yaınız“köhnə komanda”nın işinə yaraya bilərdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni komandası isə eyni məntiqlə xoşagəlməz halların ifşa edilməsinə və həllinə çalışmalıydı. Lakin təəssüflər olsun ki, bəzi məqamlarda ölkə ictimaiyyəti bunu müşahidə etmir və məlumatlandırılmır.15146797_561460020716666_331780769_o

Bu günlərdə sayta müraciət edən Ağdam rayonu Əfətli kənd sakini Əhmədov Şəmsəddin Məhəddin oğlu bildirib ki, 2010-cu ildə kənddə salınan xətlərin dirəkləri çürüyüb aşmaqdadır, lakin bu istiqamətdə ciddi tədbir görülmür.

“Belə ki, “Aztelekom” İstehsalat Birliyinin Ağdam Telekomunikasiya Qovşağı tərəfindən kəndimizə çəkilmiş telefon xətlərinin çox bərbad vəziyyətdə olması ilə bağlı 07.03.2016-cı il tarixdə bir qrup Əfətli İnzibati Ərazi Dairəsi Üzrə kənd sakinləri nazirliyə müraciət etmişdik. Rabitə və yüksək texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədov 13.04.2016-cı il tarixli, 3-10/4755 nömrəli cavab məktubunda qeyd edib ki, bizlərin müraciətimizə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılıb və sözügedən ərazidə abunəçi xətlərinin texniki normaya gətrilməsi üçün “Aztelekom” MMC-yə müvafiq tapşırıq verilb.

15153040_561465577382777_1006503186_o-kopiyaEyni zamanda nazir müavini xətt matreallarının alınması vəziyyəti və texniki normalara uyğunluğunun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığını bildirib. Ancaq bildirmək istəyirik ki, sözügedən ərazidə heç bir iş görülməyibr və gəlib heç maraqlanan da olmayıb.

Artıq 1 ilə yaxın vaxt keçməyinə baxmayaraq nə xətt və dirəklər bərpa olunmadı, nə də bu işlərdə günahkar olan məmurlar öz cəzalarını almadılar. Hələ qış mövsümü hələ gəlməyib, qar və boran olmayıb ancaq xətt dirəkləri aşıb, xətlər qırılıb. Çünki dirəklər çürük ağaclardan istifadə edilərək basdırılıb. Dövlət əmlakının mənimsənilməsində, istifadə müddəti bitmiş dirəklərdən və xətt materiallarından istifadə olunmasında günahkar olan şəxslərin cəzalanmasını və bizlərin telefon və internetdən səmərəli istifadə etməyimizin təmin olunmasını aidiyyatı qurumlardan xahiş edirik”, – deyə Ş.Əhmədov bildirib.

Şikayətçi vətəndaş bildirdi ki, hər dəfə “Qaynar xətt”ə müraciət etdiklərində “Aztelekom” nümayəndələri gəlib aşan dirəkləri qaldırıb gedirlər: “Köhnə işıq dirəkləridir. Bu altı ildə dirəklər işə yaramadısa, daha neçə il gözləməliyik ki, yenidən bizim kəndə normal xətt çəkilməsi üçün vəsait ayırsınlar? Yük maşınları keçəndə xətlərə ilişirlər, telefonla normal danışa bilmirik. İnternetdənsə heç danışmağa dəyməz. Həqiqətən də,köhnə dirəklərlə xətt salınması nazirliyin qərarı ilə olub, yoxsa, bu işə görə məsuliyyət kimin üzərinə düşür? Kim bu korrupsiya faktına aydınlıq gətirəcək və kəndin rabitə problemini kim həll edəcək? Vəzifəli şəxslərdən bu suallara cavab verməyi xahiş edirəm”.15183887_561455634050438_503512383_o

Biz Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng etsək də, cəhdlərimiz boşa çıxdı. Eyni zamanda “Aztelekom”da da suallarımıza cavab ala bilmədik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kamal müəllim bizdən “e-mail”ə sorğu göndərməyi xahiş etdi, lakin noyabrın 24-də göndərdiyimiz sorğuya hələ cavab verilməyib. Noyabrın 25-də isə mətbuat xidmətinin xanım əməkdaşı bizə hətta narazılığımızı belə “e-mail”ə yazmağı tələb etdi.

“Nə sözünüz varsa, “e-mail”ə yazın. Anvaq “emailə”, belə yox”, – deyə nazirlik əməkdaşı dəstəyi asdı.

Sayt olaraq, cənab nazir Ramin Quluzadəyə tövsiyə edərdik ki, rəhbərlik etdiyi qurumun mətbuat xidməti əməkdaşlarını təlimlərə göndərsin və onlara mətbuatla əməkdaşlıq formalarını, KİV haqqında qanunvericiliyi öyrənməyi tapşırsın. Çünki mətbuat xidmətinin vəzifəsi ancaq internetdə yazışmaq deyil, həm də şifahi sorğuları qeydə almaq və operativ araşdırıb mətbuata məlumat verməkdir. (Qafqaznews.az)


Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın