Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ramin Hacılı tapıldı – ölkədən gedib

Ramin Hacılı tapıldı – ölkədən gedib

Deputatlığa 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizəd olan Ramin Hacılıdan xəbər var. 
Həyat yoldaşı Aysel Əlizadənin musavat.com-a verdiyi məlumata görə, R.Hacılı bir qədər əvvəl ona telefonla zəng edib: “Ramin bayaq məni yığdı. Əsəbi idi. Dedi Azərbaycanda deyil. Çox ciddi problemlərinin olduğu, onları həll etdikdən sonra ölkəyə qayıdacağını söylədi. Zəng etdiyi nömrədən bildim ki, hansısa xarici ölkədədir.”

A.Əlizadə həyat yoldaşının hansı problemlərlə üzləşdiyi haqda məlumatsız olduğunu dedi: “Bu barədə mənimlə heç nəyi paylaşmayıb. Hansı problemlərlə üzləşdiyindənxəbərsizəm. Mənimlə çox qısa danışdı. Sözünü bitirər-bitirməz də telefonu qapatdı.”
Xatırladaq ki, dünən gecədən R.Hacılının yoxa çıxması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yoxa çıxmadan öncə o, özünün facebook profilində bir video paylaşıb. Həmin videoada R.Hacılı bildirir ki, namizədliyini geri götürəcək, bundan sonra deputatlığa namizədliyini vermiş həyat yoldaşı Aysel Əlizadə üçün çalışacaq.
Ailəsi R.Hacılı haqda məlumat əldə etmək üçün oktyabrın 26-da DİN-in 102 xidmətinə müraciət edib, həmçinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində olub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın