Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ramil Usubovun müavini Qətərdə silahlarla tanış olur

Ramil Usubovun müavini Qətərdə silahlarla tanış olur

Azərbaycan daxili işlər nazirinin müavini İsmət Əliyev Qətərin paytaxtı Dsoha şəhərində keçirilən 11-ci Beynəlxalq Daxili milli təhlükəsizlik və polis avadanlığı sərgisində iştirak edib.

Virtualaz.org bildirir ki, üç günlük sərgi Qətər şeyxi Təmim ben Həməd Əl-Taninin nəzarəti altında təşkil olunur. Sərgiyə region ölkələrinin daxili işlər nazirləri dəvət olunub. Sərginin açılış mərasimində Azərbaycanı nazir müavini İsmət Əliyev təmsil edib.

MİLİPOL Qətərdə 1996-cı ildən cüt illərdə keçirilir. 2012-ci ildəki sərgidə 37 ölkədən 244 şirkət iştirak edib, 66 ölkədən 5820 mütəxəssis-ziyarətçi qeydə alınıb. Buraya həmçinin 28 ölkədən 242 rəsmi nümayəndə heyəti və sərginin 9 milli pavilyonunun nümayəndələri daxildir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın