Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Siyasət / Ramil Usubov TŞ-nin iclasında niyə yox idi? – FOTO

Ramil Usubov TŞ-nin iclasında niyə yox idi? – FOTO

Berlin şəhərində bu gün 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən Report-a verilən məlumata görə, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin builki mövzusu “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olub.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

Avropa Polis Konqresinin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.

Qeyd edək ki, TŞ-nin üzvü, Daxili İşlər naziri Ramil Usubov Berlində olması səbəbindən bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunan Mehriban xanım Əliyevanın Təhlükəsizlik Şurasının iclasında təqdimat mərasiminə qatıla bilməmişdi.

Həmçinin oxuyun

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı …

Bir cavab yazın