Ana səhifə / Siyasət / Ramil Usubov 78 gənci işə götürdü; Tapşırıqlar verildi

Ramil Usubov 78 gənci işə götürdü; Tapşırıqlar verildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 15-də Sumqayıt Şəhər Polis İdarəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, baxışda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 125 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 15-i polisin, 5 nəfəri Daxili Qoşunların sıralarında xidmətə, 78 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Daxili işlər naziri namizədləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın