Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Ramil Quliyev və Azərbaycan idmanı: Atlet ölkəni niyə tərk edib?

Ramil Quliyev və Azərbaycan idmanı: Atlet ölkəni niyə tərk edib?

Cümə axşamı Londonda 200 metr məsafəyə qaçış üzrə final yarışda birinci yerı alaraq Ramil Quliyev Türkiyənin ilk atletika üzrə qızıl medalını qazanıb.

Bakıda anadan olmuş atlet karyerasının əvvəlində Azərbaycanı təmsil edib və hələ də 100 metr və 200 metr üzrə qırdığı milli rekordlara sahibdir.

Lakin Azərbaycanda yüngül atletika məşqçiliyi üçün yüksək səviyyəli şəraitin olmadığından şikayətlənən idmançı 2010-cu ildə Türkiyəyə köçüb və 2011-də Azərbaycan Atletika Federasiyası ilə mübahisəli qarşıdurmadan sonra Türkiyəni təmsil etməyə başlayıb.

 

İlk illəri

2007-ci ildə, Çexiya Respublikasında Gənclərarası Dünya Atletika Çempionatında 17 yaşlı Ramil, 200 metr məsafəyə qaçışı 20:72 saniyəyə bitirərək, gümüş medal qazanıb. Eyni ildə, o, Serbiyada keçirilən Avropa Gənclər Olimpiya Festivalında 200 metr üzrə qızıl və 100 metr üzrə bürünc medal qazanıb.

2007 ramilFotonun müəllifiGETTY IMAGES
Image caption2007-ci ildə, Çexiya Respublikasında Gənclərarası Dünya Atletika Çempionatında 17 yaşlı Ramil, 200 metr məsafəyə qaçışı 20:72 saniyəyə bitirərək, gümüş medal qazanıb

2009-cü ildə, Avropa Gənclərarası Çempionatında, o bir daha 200 metr üzrə qızıl medal qazanıb və növbəti il Azərbaycan Atletika Federasiyasının razılığı ilə Türkiyənin Fenerbahçe klubuna köçüb.

2011-ci ildə Ramil Türkiyə vətəndaşlığını alıb və bundan sonra Türkiyə təmsil etmək qərarına qəlib. Azərbaycan Atletika Federasiyası, onun bu qərarını qəbul etməyib.

O özü bunu bir neçə səbəbi olduğunu deyib.

Ayrılma və itirilmiş illər

Rusiyanın sports.ru saytına verdiyi müsahibədə o, Atletika Federasiyasının ona kömək etmədiyini deyib – nə təqaüd, nə də məşqlərə dəstək olduğunu iddia edib.

Atlet, Fenerbahçe klubunun onu kirayə mənzillə təmin etdilyini, ona təqaüd veridiyini və məşqçisinin maaşını ödədiyini deyib. Lakin bundan başqa bütün mükafatların göstərdiyi nəticələrdən asılı olduğunu bildirib.

Ramil Quliyev sports.ru saytına deyib:

“Əgər federasiyanın iradəsi varsa, o, idmançını saxlamağa imkan tapacaq. Azərbaycanda bu imkanı axtarmadılar…mənim köçməyimə görə Azərbaycan Türkiyədən heç ödəniş də tələb etmədi. Onlar sadəcə dedilər: sən o ölkəni təmsil etməyəcəksən. Mən də cavab verdim: yaxşı, bu sizin qərarınızdır. Bununla da söhbət bitdi.”

Ramil GuliyevFotonun müəllifiGETTY IMAGES
Image captionRamil Quliyev: “Əgər federasiyanın iradəsi varsa, o, idmançını saxlamağa imkan tapacaq”

Azərbaycan, Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyasına (İAAF) müraciət edərək, Ramil Quliyevin başqa bir ölkəni təmsil etməsinə 3 il qadağa qoyulmasını tələb etmişdi. İAAF Azərbaycanın tələbini təmin etdiyi üçün, Ramil Quliyev 3 il beynəxalq yarışlarda iştirak edə bilmədi.

Bu dövrdə, Azərbaycan Atletika Federasiyasının sədri Çingiz Hüseynzadə, Ramil Quliyevin qərarının ölkəni tərk etmək istəyindən asılı olduğunu iddia etmişdi və APA-ya verdiyi müsahibədə “Bakıda olduğu vaxt heç bir narazılıq bildirmədiyini” deyib.

“O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir”, Çingiz Hüseynzadə əlavə edib.

Gənclər və İdman naziri Azad Rəhimov isə Ramil Quliyev haqqında “o asan yoldan daha çox pul qazanmaq yolunu seçdi” demişdi.

Öz inkişafı üçün Azərbaycanda gələcəkdə imkan görmədiyini deyən Ramil, Türkiyəyə köçməyə məcbur olduğunu və nəticədə “bir neçə ili qurban verməli” olduğunu deyib.

Qadağa nəticəsində, Ramil Quliyev 2012-ci il London Olimpiya Oyunlarında iştirak edə bilməyib və itdirdiyi illərdə formasına zərərli təsirin olduğunu deyib.

Türkiyə

2016-cı ildə Ramil səbirsizliklə gözlədiyi Olimpiya oyunlarında iştirak etməyə imkan qazandı və 200 metr üzrə finala çıxaraq, Usain Bolt-la eyni sırada durdu. Lakin finalda, qabil olduğu sürətə çata bilməyən atlet məsafəni 20:49 saniyəyə qət edərək 8-ci yerə çıxdı.

Ramil GuliyevFotonun müəllifiGETTY IMAGES
Image captionRamil Quliyev 2016 Rio Olimpiya Oyunlarında 200 metr üzrə finala çıxıb, lakin medal qazana bilməyib

Bundan sonra 200 metr üzrə 2016 Avropa Çempionatında gümüş və 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan idmançı, ən böyük qələbəsini Londonda keçirilən Dünya Atletika Çempionatında qazanıb.

Növbəti gün, Azərbaycan Prezidenti İlham Əliyev onu təbrik edib:

“İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.”

Lakin Azərbaycanın İAAF-a müraciət edərək idmançını beynəlxalq tədbirlərdən illərlə məhrum etmə qərarı, prezidentin Ramilin qələbəsini “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür” olaraq qiymətləndirməsinin arxasında duran niyyətlə üst-üstə düşmür.

BBC Azərbaycanca Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasından Ramil Quliyevin qələbəsilə bağlı məluamt almaq cəhd etsə də, müracitələrimizə cavab olmayıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın