Ana səhifə / Siyasət / Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu

Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu

Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.
Azinforum.az xəbər verir ki, bu barədə məlumatı istiqlal.az saytı yayıb. Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DIN- də daxili yoxlama aparılıb və Seymur Hidayetzadeye xidməti uyqunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlanılıb.
Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.

 

Həmçinin oxuyun

Səməd Seyidov: Paşinyan son vaxtlar çox təhlükəli yol tutub

İşğalçı və təcavüzkar dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə …

Bir cavab yazın