Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ramazan bayramı nə vaxt qeyd olunacaq?

Ramazan bayramı nə vaxt qeyd olunacaq?

İslam dünyasının ən vacib ayı sayılan Ramazan ayı artıq başa çatır.

Lakin hər il olduğu kimi, bayram gününün müəyyən edilməsi ilə bağlı mübahisələr yaranıb.

Qeyd edək ki, qardaş Türkiyədə artıq sabah Bakı vaxtı 06:26-da İqdırda , 07:11-də Ankarada, 07:23-də isə İstanbulda bayram namazları qılınacaq.

Azərbaycanın inanclı kəsimi isə bayramı bir gün sonra qeyd etməli olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 402 saylı qərarına əsasən 6, 7 iyul Ramazan bayramı olaraq müəyyən edilib və həmin günlərin iş günü hesab olunmadığı qeyd olunub. (Məlumat Nazirlər kabinetinin rəsmi saytından götürülüb).

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın