Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ramazan Bayramı ərəfəsində əfv gözlənilir: İşçi Qrupun fəaliiyəti isə zəifləyib

Ramazan Bayramı ərəfəsində əfv gözlənilir: İşçi Qrupun fəaliiyəti isə zəifləyib

Səadət Bənəniyarlı: “Bəzi çətinliklər var”

Ötən ilin oktyabrında bərpa edilən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətində son aylarda sönüklük hiss olunur. Böyük ümidlərlə bərpa edilən qurumun fəaliyyəti, göründüyü kimi, istənilən effekti vermədi. Siyasi məhbuslar və insan haqları problemlərində ciddi dəyişikliklər olmadı.
İşçi Qrupunun toplantıları da demək olar ki, keçirilmir. Qurumun üzvlərinin əfvlə bağlı ümid dolu açıqlamaları isə özünü doğrultmadı.
İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı keçən həftə iclas keçirdiklərini diqqətimizə çatdırdı: “Hazırda istirahət vaxtıdır. Hüquq müdafiəçilərinin bəziləri istirahətdədir. Bir çoxlarının başları layihələrin icrasına qarışıb. Bəzi tədbirlərimiz keçirilir. Böyük işlər gedir. Keçən həftə QHT-lərin iclası keçirildi. Yəni iclasımız oldu. Bir sıra məsələləri müzakirə etdik. Müəyyən qərarlar qəbul etdik. Çox təəssüflər olsun ki, bu toplantımızda üç nəfər iştirak etmədi. Belə problemlər davam edir. Bildiyiniz kimi, qurumda dövlət strukturlarının nümayəndələri də var. Tam tərkiblə iclasın keçirilməsində bəzi çətinliklər olur. Amma bu çətinliklərin aradan qaldırılması elə də ciddi problem deyil. İstənilən an tam tərkibdə iclasımız keçirilə bilər”.
Hüquq müdafiəçisi Ramazan Bayramı ərəfəsində əfv gözlədiklərini də qeyd etdi: “Biz çox istəyirik ki, əfv olsun. Son illərdə dövlət başçısı tərəfindən bu cür sərəncamların tez-tez şahidi olmuşuq. Əfv Komissiyasının mütəmadi işlədiyi barədə bizdə də xəbərlər var”.
S.Bənəniyarlı əfv olmadan yeni məhbus siyahısı hazırlanmasının mümkünsüz olduğunu da bildirdi: “Yeni siyahı hazırlamaq mümkün deyil. Amma barələrində hökm verilmiş məhbuslarımız da var. Onların barəsində vaxtaşırı müraciətlərimiz olur”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın