Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür” – Baxçalı

“Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür” – Baxçalı

“Recep İvedik 5” filmində azərbaycanlı boksçu ilə bağlı səhnəyə MHP lideri Dövlət Baxçalı da münasibət bildirib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiya sədri Şahan Gökbakarın rol aldığı “Rəcəb İvedik 5” filminin fraqmentdə yer alan və etirazlardan sonra filmdən çıxarılan azərbaycanlı boksçu səhnəsi ilə bağlı öz tvitter hesabından bəyanat yayıb. D.Baxçalı azərbaycanlıları türk millətinin ləyaqətli, nəcib nümayəndələri adlandırıb: “Bir filmdəki boks səhnəsi bizim tarix və mədəniyyət bağlarımızı zədələməyəcək və hətta heç bir millət övladı zədələnməsinə icazə verməyəcək. Ərazilərimiz ayrı, dövlətlərimiz fərqli ola bilər. Amma biz eyni millətin ürəkləri bir bir döyünən övladlarıyıq”.

MHP lideri onu da qeyd edib ki, iki ölkə arasında heç bir fərq yoxdur: “Bakıda manhı, Ankarada oyun havasıyıq. Gəncədə dastan, Dumlupınarda zəfərik. Xocalıda göz yaşı, Qarsda duayıq. Bir tərəfimiz Bəxtiyar Vahabzadədirsə, digər tərəfimiz Mehmet Akif Ərsoydur. Bizim üçün Qaracaoğlan kimdirsə, Qurbani də odur. Qubada səslənən balaban, Xızıda dilə gələn tar, Ərzurumda vuran təbilin, İstanbulda oxuyan neyin əkiz qardaşıdır. Mustafa Kamal nə qədər türkdürsə, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür, türkün fəxr siyahısının zirvələridir. Azadlıq taleyimiz, Turan qayəmizdir”.

Həmçinin oxuyun

“Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki…?”

Qarabağın azadlığı uğrunda 2783 şəhid verərək, Şuşa kimi əlçatmaz  qalanı igidlərimizin canı və qanı bahasına …

Bir cavab yazın