Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Rəsul Quliyevdən hökumətə çağırış – “Sərtləşdirilsin!”

Rəsul Quliyevdən hökumətə çağırış – “Sərtləşdirilsin!”

Sabiq spiker Rəsul Quliyev Azərbaycanda karantin rejiminin sərtləşdirilməsini istəyib.

O, bu barədə özünün sosial şəbəkədə olan hesabında yazıb. Eks-spikerin sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin etmək və dünyaya yenidən açılmaq üçün mövcud qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.

Sözügedən paylaşımı oxucularımıza təqdim edirik:

“Azərbaycanlılar koronavirusun təhlükəsini axıra qədər başa düşmürlər. Karantin rejiminə əməl etməyənlərin sayı artdıqca xəstəliyə yoluxanların da sayı çoxalır. Bu isə ölkənin dünyadan izolyasiyasına gətirib çıxarır və iş yerlərinin açılmasına mane olur. Nəticədə virusun yayılmasına şərait yaradırlar. Vətəndaşlara hökumətin pulla köməyi əbədi davam edə bilməz. İnsanlar işləməli və pul qazanmalıdırlar. Bunun üçün hökümət xalqın gələcəyi naminə ən azı 14 gün çox sərt karantin rejimi tətbiq etməli və sonradan ölkəni həm daxildə, həm də xaricə tədricən açmağa başlamalıdır.”

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …