Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Türkiyənin monitorinq qrupunun əhəmiyyəti simvolik xarakter daşıyır”

Rəsul Quliyev: “Türkiyənin monitorinq qrupunun əhəmiyyəti simvolik xarakter daşıyır”

“Köçəryan, Sərkisyan kimi cinayətkarlar Ermənistanın rayonlarına səfər etməyə qorxurlar, çünki camaatın onları daşa basacağını bilirlər. Ancaq ruslara güvənib Xankəndiyə istədikləri vaxt səfər edə bilirlər, rus əsgərlərinin əhatəsində özlərini lovğa-lovğa aparırlar. Erməni terrorçuları həm Şuşada, həm də Qaragöldə onların şərəfinə terrora cəhdlə çıxış etdilər. Azərbaycan 10 kilometrdən çox eni, 95 kilometrdən çox uzunluğu olan Laçın dəhlizinə nəzarət etmək imkanına malik deyil. Rus əsgərləri sülhə məramlıq edirlər, etsinlər, ancaq Azərbaycan onun sərhədindən kimin keçdiyinə nəzarət etməlidir”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

“Faktiki Azərbaycanın sərhədinə 200 kilometr sərhəd əlavə olunub. Həmin Laçın dəhlizindən keçən erməni terrorçularını Laçın-Kəlbəcər-Gəncə-Bakı və ya Laçın-Qubadlı-Zəngilan və sair-Bakıya qədər getmək istənilən terror aktları törətmək imkanları var. Türkiyə Rusiyadan 3-cü partiya S400 alır, 2-ci və ya 3-cü atom elektrik stansiyası tikməyə başlayır, bizimdə qardaşımızdır, ancaq Rusiyanın qarşısında Azərbaycanın sərhədləri ilə əlaqədar qətiyyətli tələb qoymağa cəsarət etmir. Çox ehtimal, Rusiya, ümumiyyətlə, Ermənistanla sərhədə nəzarəti öz əlinə götürməyə cəhd edəcək. Bu çox təhlükəlidir. Bunun nə demək olduğunu, fikrimcə, Azərbaycan yaxşı bilir. Türkiyənin monitorinq qrupunun əhəmiyyəti simvolik xarakter daşıyır. Simvoliklikdən reallığa keçmək lazımdır” – R.Quliyev qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …