Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Türk dünyasının fundamentini laxlatmaq və sarsıtmaq mümkün olmayacaq”

Rəsul Quliyev: “Türk dünyasının fundamentini laxlatmaq və sarsıtmaq mümkün olmayacaq”

“Türk dünyasının zirvə görüşü 160 milyonluq əhalisi, 5 milyon kvadrat kilometr sahəsi olan dövlətləri eyni dil, eyni kök, eyni həyat, eyni mədəniyyət və incəsənət adət ənənələri fundamentində birləşdirir”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, bu fundamental dəyərlər Avropa İttifaqından və Amerika təşkilatlarından daha güclüdür: “Müstəqil Dövlətlər Birliyi ölkələrinin birliyini isə ümumiyyətlə, təşkilat saymaq olmaz və əslində belə bir təşkilat da mövcud deyildir. Təbii resurslarının 50 faizi Türk dünyasının tələblərini tam təmin edən, digər hissəsini isə 50 faizi eksport təşkil edən, ümumi məhsul istehsalı trilyon dollardan artıq olan ölkələrin birliyi sarsılmazdır! Bu ölkələrin ticarət əlaqələrinin 90 faizi Avropa ölkələri və Çinin payına düşür. Düşünürəm ki, Çinlə əlaqələr daha da inkişaf etdirilsə və Türkiyə Cümhuriyyətinin Avropaya pəncərəsi tam açılsa, bu zirvə təşkilatının dünyada rolu ən azı iki dəfə artmış olacaq. Bir neçə il ərzində siyasət, ticarət, hərbi qüdrət və sənaye imkanları identikləşdirilsə, bu ölkələr arasında əlaqələr bir ölkə prinsipi ilə həyata keçirilmiş olsa, Türk dünyasının fundamentini laxlatmaq və sarsıtmaq heç vaxt mümkün olmayacaq. Yaşasın Azərbaycan və şanlı Türk dünyası birliyi!”

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …