Ana səhifə / Siyasət / «Rəsul Quliyev rüşvətxor, içki düşkünü kimi qəbul olunub» – Partiya sədrindən sərt ittiham

«Rəsul Quliyev rüşvətxor, içki düşkünü kimi qəbul olunub» – Partiya sədrindən sərt ittiham

Eks-spiker Rəsul Quliyevin böyük dövlət xadimi Məmməd Əmin Rəsulzadənin ünvanına səsləndirdiyi tənqidi fikirlər səsləndirməsi təpki ilə qarşılanıb.
Bu barədə mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Rəsul Quliyevin Məmməd Əmin Rəsulzadənin ünvana o cür fikirlər səsləndirməsi normaldır.
Onun sözlərinə görə, Rəsul Quliyev türk olmadığı üçün bu cür açıqlamalar verir: «Gərək türk olasan ki, Azərbaycanın tarixini biləsən, görkəmli şəxsiyyətlərini tanıyasan, Azərbaycana müstəqilliyi bəxş edən şəxslərin kimliyini dərk edəsən. Məndə olan məlumatlara görə onun erməni qarışığı var. Erməni millətinin nümayəndəsi olmasaydı, milli maraqlarımıza qarşı bu cür düşmənçilik nümayiş etdirməzdi. Onun qardaşı Telman da bunu etiraf edir ki, o, bizdən deyil. Ona görə də Rəsul Quliyevi qınamaq lazım deyil. Özü də onun adı Raçik olub. Bunu mən prezident seçkiləri zamanı da demişəm. Bu adam, həmişə Azərbaycana xəyanət edib. O vaxt Heydər Əliyevə xəyanət elədi, ölkədən sürgün olundu. İndi də Amerikada oturub Rəsulzadəni, Elçibəyi aşağılayır. Bu yolla düşünür ki, hansısa dairələr bunun hərəkətlərinə görə ona şərait yaradacaqlar. Amma yanlış düşünür. Çünki Rəsul Quliyev Azərbaycan cəmiyyətinin düşüncəsində rüşvətxor, içki düşkünü kimi qəbul olunub».
MMP sədri onu da nəzərə çatdırıb ki, Rəsulzadəni danmaq, onun elədiklərini mənfi qiymətləndirmək ədalətsizlikdir. Onun sözlərinə görə, Rəsul Quliyev kimilər Rəsulzadənin kim olduğunu dəyərləndirə bilməz: «Ermənilər hər zaman Azərbaycana, onun görkəmli şəxsiyyətlərinə qara yaxmağa çalışıblar. Rəsul Quliyev də bu ənənəni davam etdirir. Ola bilsin ki, kimlərlə ona mili qüvvələri ləkələdiyinə görə ölkəyə qayıtmasına şərait yaradılacağını deyib. Amma unutmasın ki, biz buna imkan vermərik».

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın