Bazar , Avqust 14 2022
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Putinin apardığı siyasət Hitlerin siyasətinin təkrarıdır”

Rəsul Quliyev: “Putinin apardığı siyasət Hitlerin siyasətinin təkrarıdır”

“Rusiya Prezidenti Vladimir Putinin apardığı siyasət Hitlerin 85 il bundan öncə apardığı siyasətin təkrarıdır. İkinci dünya müharibəsinə səbəb olmuş, 50 milyondan çox insanların məhv olmasına gətirib çıxarmış bu müharibənin başlama səbəblərini Avropanın yenidən yaddan çıxarmasının nəticələri daha ağır ola bilər”.

Bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, üçüncü Dünya müharibəsi ən azı 200 milyondan artıq insan tələfatı ilə nəticələnə bilər: “Hitler hakimiyyətə gələndən sonra müxtəlif tələblərinin yerinə yetirilməsinə başladı. O dövrdə zəif olan Almaniyanın şıltaq konslerinin tələblərini yerinə yetirənlərin tarix qarşısında buraxdığı səhvlərin nəticələri hamıya məlumdur. 1938-ci ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin ona verilməsi ilə sakitləşəcəyini, əmin-amanlığa əməl edəcəyinə söz verdi. Böyük Britaniyanın və Fransanın premyerləri sevinclərindən özlərinə yer tapmırdılar. “Nəhayət Hitlerlə dil tapdıq, biz böyük siyasətçilərik” deyib xalqlarını aldadırdılar. Hitler Sudet vilayətindən sonra bütün Çexoslovakiyanı işğal etdi. Onun ardınca Avstriya işğal edildi. Sonra Stalinlə müqavilə bağlayıb birlikdə Polşanı işğal etdilər və ikinci dünya müharibəsi başladı. Cənab Putin heç bir danışıq aparmadan 2008-ci ildə Gürcüstanın cənubi Asetiya, Abxaziyasını həyasızcasına işğal etdi. Avropa və ABŞ 1938-ci ildə olduğu kimi səslərini çıxarmadı. 2014-cü ildə Krımı və paralel Ukraynanın Donbas vilayətlərini işğal etdi. Krımı qoruyacaqları barədə müqaviləyə imza atmış ABŞ və Böyük Britaniya Rusiyaya heç NOTA belə vermədi. İndi Rusiya ABŞ, NATO Avropa İttifaqından Ukrayna və Gürcüstanın İttifaqa qəbul edilməməsi tələbini irəli sürüb. Bu strukturlar 1938-ci ildəki kimi aqressor Putinlə (müasir Hitler) danışıqlar aparmaq istəyir. Yəni “Ya mən dediyimi etməlisiniz, ya da əvvəl Ukraynanı işğal edəcəyəm, sonrasına baxarıq…” Bu dəfə də Qərb ölkələri zəiflik göstərib Putinin tələblərinin bir faizinə belə əməl etsə, Rusiyanın Belarusu bütövlüklə işğal etməsi həyata keçiriləcək. Demək olar ki, 80 faiz Rusiyanın əhatəsində olan Ukraynanı tutmaq daha da asanlaşacaq. Onun ardınca Qazaxstana qoşun yeridəcək. Abxaziya və Cənubi Asetiya (Rusiya) birləşib Gürcüstana hücum edəcək. Ermənistandakı hərbi kontingentini iki dəfə artıracaq. Ardınca Azərbaycanda hərbi bazalarını yerləşdirəcək. ABŞ-NATO-Aİ bunları anlamayıb Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq. Ona görə Putinə çox qətiyyətli “yox” deməklə yanaşı, təcili Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək lazımdır”.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …