Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Ölkənin yaxasını bu məmurlardan xilas etmək lazımdır”

Rəsul Quliyev: “Ölkənin yaxasını bu məmurlardan xilas etmək lazımdır”

“44 günə qələbə ilə başa çatmış Vətən müharibəsi Azərbaycan xalqı üçün emosional pozitiv təsir bağışladı. Azərbaycan xalqı hər gün Prezidentin çıxışlarını səbirsizliklə gözləyir, bir gün çıxış yubananda “görəsən nə oldu?” deyə həyacan keçirirdi. Müharibə qurtardı torpaqlar şanlı Ordumuzun fədakarlığı, onun Ali Baş Komandanının qətiyyəti və xalqın heç vaxt olmamış qədər həmrəyliyi ilə geri qaytarıldı. Bununla da hakimiyyətin önündə daha ağır problemləri həll etmək məsuliyyəti dayandı”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, azad olunmuş ərazilərə əhalinin köçürülməsinə nail olmaq, Qarabağ regionlarında yaz əkinlərinə başlamaq üçün minimum imkanların yaradılması bir nömrəli və olduqca vacib məsələdir: “Düşünürəm ki, bu mərhələdə xalqa xidmət etmək əvəzinə, öz maraqlarına xidmət edən məmurlar üzə çıxacaq və onlardan ölkənin yaxasını xilas etmək vacibləşəcək. Vətən müharibəsinin nəticəsi tək qələbə ilə qurtarmır, həmçinin cəmiyyət yaramaz ünsürlərdən təmizlənir”.

Həmçinin oxuyun

“Görəsən, xəcalət çəkirlər, ya yox?”

“Paşinyan ən azı 50 faizlə qələbə çalacaq. Artıq bu şübhə doğumur. Köcəryana 32, Paşinyana 24 …