Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Ola bilər, Azərbaycana 15 günlük gəlim”

Rəsul Quliyev: “Ola bilər, Azərbaycana 15 günlük gəlim”

“Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var”.

Bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib: “Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm… Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm… Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim… Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm”.

Həmçinin oxuyun

İlham Əliyev Çin liderinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Azinforum.az xəbər verir ki, …