Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “İlham Əliyevin Moskva səfərindən sonra verdiyi intervyu görüşün uğurlu keçdiyindən xəbər verir”

Rəsul Quliyev: “İlham Əliyevin Moskva səfərindən sonra verdiyi intervyu görüşün uğurlu keçdiyindən xəbər verir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərindən sonra verdiyi intervyu bu görüşün uğurlu keçdiyindən xəbər verir”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

Sabiq spiker vurğulayıb ki, görüşün başlanğıcında Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev haqqında etdiyi çıxış münasibətlərin yüksək səviyyədə olduğuna dəlalət edir: “Hər halda bu görüşü, bu münasibətləri Putinin Nikol Paşinyanla görüşü ilə eyniləşdirmək mümkün deyildi. Görüşdən sonra Prezident Əliyevin Bakı-Zəngəzur-Naxçıvan-Ermənistan dəmir yolunun açılışı, Laçın dəhlizindən Xankəndinə keçən avtomobillərə Azərbaycanın nəzarət edəcəyi ilə bağlı söylədiyi inamlı fikirlər bir daha görüşün yüksək səviyyədə keçdini təsdiqləyir. Xalqımız üçün xeyrli, uğurlu olsun…”

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …