Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / Rəsul Quliyev İlham Əliyevi təbrik etdi

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi

Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə YAP-ın sədri, Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 R. Quliyev Prezident Heydər Əliyevin liderliyi ilə qurulmuş Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətlə Prezident İlham Əliyevi partiyanın bugünkü lideri olaraq səmimi qəlbdən təbrik edib, Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıb.

R. Quliyev Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin nüfuzunun fundamentində yaradılmış partiya olduğunu, indi də İlham Əliyevin nüfuzunuza söykəndiyini vurğulayıb:

“Mən əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək, hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm.

Hörmətli cənab Prezident, bir daha Sizi, Birinci vitse-prezidenti, Sizin timsalınızda bütövlüklə bu gün dövlətçiliyi inkişaf etdirməyə ürəkdən çalışan komandanızı təbrik edir, Sizə Azərbaycanın və Türk dünyasının dünyada inkişaf etdirilməsində mühüm uğurlar arzulayıram”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …