Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Rəsul Quliyev Cəmil Həsənlini “nağıl yazan tarixçi” ADLANDIRDI

Rəsul Quliyev Cəmil Həsənlini “nağıl yazan tarixçi” ADLANDIRDI

“Xalq Cəbhəsinin Milli Şurasının sədri təyin etdiyi özünü professor adlandıran savadsız şəxs özünün buraxdığı kobud səhvini anlamaq əvəzinə yenidən səviyyəsiz bir yazı yazıb”.

Bunu sosial şəbəkədə eks-spiker Milli Şuranın sədri Cəmil Həsənli haqda yazıb.


R. Quliyev deyib ki, sovet dövründə komunistlərin xarici siyasətinin təbliğatçısı olan bu şəxs Əbülfəz Elçibəy hakimiyyətində çevrilib demokrat oldu. 


“Deputat mandatı almaq üçün Əliyevin siyasətini təriflədi. Azərbaycan xalqının, ziyalılarının qanını içmiş M.C.Bağırovu xalq qəhrəmanına çevirdi. Mənim ona bazar iqtisadiyatının banisi 250 il bundan öncə Adam Smiti öyrənmək təklifimi mazut satmaqla müqayisə edən bu adam indi də heç bir məna kəsb etməyən boş yazıları ilə özünü millətə sırımaq istəyir. 


Bu insana hökumət sabah bir təklif versə, həvəslə qolunu çırmalayıb onu tərifləməyə başlayacaq. Onun şair Qabillə əlaqədar yazdığı lətifəni oxuyanda ümumiyyətlə belə bir şəxsin yazmağa mənəvi haqqının olduğuna şübhə edirsən. Adam çox yerdə müxtəlif tanınmış adamlardan çoxsaylı lətifələr eşidə bilər. Ancaq onu publik yazı ilə camaata çatdırmaq yüngüllükdür.


İki, üç saxtalaşdırılmış yazı-pozudan başqa xalq üçün ziyandan başqa bir iş görməmiş bu adamın belə danışması təəccüb doğurur. Heç bir sənədə söykənmədən Xruşşov, Brejnyev dövründən nağıl yazan tarixçi ola bilməz. Sadəcə olaraq ona baş qoşmağa həvəsim yoxdur, yoxsa yazdığı hər cümlədin, etdiyi hər çıxışın saxta olduğunu göstərə bilərəm”.(Yeni Sabah)

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …