Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev Əli Kərimlini debata çağırdı: “Hünəri varsa, gəlsin”

Rəsul Quliyev Əli Kərimlini debata çağırdı: “Hünəri varsa, gəlsin”

Amerikada yaşayan müxalifətçi, sabiq spiker Rəsul Quliyev yenidən Milli Şura rəhbərliyini ələ salıb, bildirib ki, Cəmil Həsənlinin sədrlik etdiyi qurumda onunla debata girə biləcək kimsə yoxdur.

AzVision.az-ın məlumatına görə, R.Quliyev bu barədə sosial şəbəkədə canlı yayımda bildirib. Onun sözlərinə görə, nə Cəmil Həsənli, nə də Əli Kərimli onunla debata girə bilər.

“Milli Şura iclas keçirsin, kimisə seçsin. Mənə desinlər ki, filankəs səninlə debata gəlir. Xahiş edərəm ki, onların içində mənimlə debata girə biləcək biri varsa, o, gəlsin. Əminəm ki, gəlməyəcəklər. Axı oradakılar heç nə bilmirlər. Necə gəlsinlər? Hərçənd bilmirəm ora hansı millətin Şurasıdır. Yenə də gözləyirəm. Hünərləri varsa, gəlsinlər”.

R.Quliyev hesab edir ki, müxalifət insanlara çox gülməli yalanlar danışır, artıq xalq onların bu yalanlarına inanmır:

“Milli Şura rəhbərliyi mitinqlər zamanı deyir ki, ölkədən 140 milyard dollar xaricə çıxarılıb. Ağılı başında olan adam buna inanarmı? Büdcəyə əsas gəlirin neftdən daxil olduğunu nəzərə alsaq, bu nağılı kim uydurub axı? Siz kimi aldatmağa çalışırsınız?”

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …