Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki… – FOTO

Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki… – FOTO

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi haqqında maraqlı faktı açıqlayıb.

Publika.az-ın xəbərinə görə, səfir hər il Şuşada ənənəvi Vaqif poeziya günlərinin keçirildiyini xatırladıb:

“Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu”.

V.Quliyev qeyd edib ki, 2001-ci ildə Strasburqda ulu öndər Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub:

– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

– Nə danışırsınız, Heydər Əliyeviç…

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra mərhum prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…

Həmçinin oxuyun

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir…

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu …