Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Siyasət / Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

“İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir”
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyi, həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirinə dair sualı cavablandırarkən deyib.

“Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır”- XİN rəsmisi vurğulayıb.

Həmçinin oxuyun

Zaur Darğallı Gürcüstanda mer vəzifəsinə namizəddir

“Gürcü Arzusu” Partiyasının katibi İrakli Qaribaşvili icra başçısı vəzifəsinə aralıq seçkilərdə iştirak edəcək namizədləri açıqlayıb.  …