Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Rəşad Məciddən əfv anonsu

Rəşad Məciddən əfv anonsu

Quruma 400-dən çox müraciət daxil olub; hazırda müraciətlərə baxılır
Rəşad Məcid: “…əfv olacaq”

Martın 1-də Əfv Komissiyasının yeni tərkibinin ilk iclası keçirilib. İclasda əfvlə bağlı quruma daxil olan müraciətlərə baxılıb. Komissiyanın ilk iclasının Novruz bayramı öncəsinə salınması ictimaiyyət arasında əfvlə bağlı müzakirələrin artmasına səbəb olub.

Komissiya üzvləri də iclasdan dərhal sonra əfv anonsları ilə çıxış etməyə başlayıblar.
Əfv Komissiyasının yeni üzvlərindən olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müsavat.com-a açıqlamasında iclaslarının keçirilməsi ilə bağlı bunları dedi:

“İlk iclasımız keçirildi. Qarşıdakı günlərdə bir neçə iclasımız olacaq. Çünki komissiyaya daxil olan sənədlər çoxdur. Ona görə də indidən nəsə demək, mənə elə gəlir ki, doğru olmaz. Çünki iclasda hələ bir dəfə iştirak etmişik. Amma güman edirəm ki, əfv olacaq. 400-dən çox şəxsi müraciət var. İclaslarımız tam bitsin, ondan sonra sizə daha geniş açıqlama verəcəm. İlk iclasın təəssüratlarını növbəti iclaslardan sonra deyəcəm. Yekun qərarımız verilmədən nəsə söyləmək düzgün deyil. İlk iclasla bağlı maraqlı təəssüratlarım var. Mənim üçün çox maraqlı iclas oldu”.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın