Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Rəşad Bayramov: “Asim Mollazadə ilə istədiyi vaxt, istədiyi yerdə debata hazıram”

Rəşad Bayramov: “Asim Mollazadə ilə istədiyi vaxt, istədiyi yerdə debata hazıram”

AMİP funksioneri Rəşad Bayramov seçki prosesi ilə bağlı Azinforum.az saytına müsahibə verib.

Rəşad bəy, 22 saylı Nəsimi ikinci seçki dairəsi siyasi partiya namizədlərinin ən az qeydə alındığı nadir dairələrdən biridir. Bunun səbəbini nə ilə izah edərdiniz?

-Səbəb sadədir. Qeydə alınan 13 namizəddən cəmi 3-nün siyasi partiyaları təmsil etməsi seçkilərə olan inamsızlığın göstəricisidir. 22 saylı Nəsimi ikinci seçki dairəsində YAP 15 ildir ki, seçkiləri DİP-ə, yəni Asim Mollazadəyə “uduzur”. Təbii ki, neçə illik seçki təcrübəsi olan siyasətçilər də, bu arqumenti əsas götürərək dairə ərazisində “stavkanın” yenidən Asim Mollazadəyə olunacağını düşünərək seçki yarışına qoşulmadılar. Bu dairədən partiya namizədləri olaraq seçkilərə qatılanlar AMİP, YAP və DİP-dir.

YAP və DİP namizədləri sizin üçün nə dərəcədə çətin rəqiblərdir?

-YAP bu dairədən əlini üzüb. Əgər elə olmasaydı Bakı şəhərinin mərkəzində yerləşən Nəsimi rayonundan daha ciddi rəqib irəli sürə bilərdi. Odur ki, həmin gənc oğlanı ciddi rəqib hesab etmirəm. YAP 15 il ərzində bu dairərə necə uduzubsa yenə də o şəkildə uduzmağa davam edəcək. Dairə ərazisində əsas mübarizəm Asim Mollazadə ilə olacaq. O da həmin şəxsin rayon ərazisində olan nüfuzuna görə deyil hər kəsə məlum olan səbəblərlə bağlıdlr. Yerli icra strukturlarının dəstəyi olmadan Asim Mollazadə bu dairədən 100 səs belə toplaya bilməz.

Bu qədər əminlik hardandır?

-Bu əminlik Asim Mollazadənin 20 illik millət vəkili kimi fəaliyyətsizliyinin nəticəsidir. Bu əminlik onyn dairə sakinlərinə olan laqeyid münasibətinin nəticəsidir. Mən sizin saytın vasitəsilə Asim Mollazadəni istədiyi vaxt, istədiyi yerdə və istədiyi saatda debata çağırıram. Əgər onun seçicilərə deməyə sözü varsa, əgər uzun illərdir təmsil etdiyi insanların üzünə dik baxmağa iradəsi çatırsa buyursun gəlsin.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …