Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / “Rəqibimiz güclüdür, amma seçkilərdən sonra…” – Elşad Musayev

“Rəqibimiz güclüdür, amma seçkilərdən sonra…” – Elşad Musayev

Seçkilərdən sonra qalib gələcək tərəflə hər cür fikir mübadiləsi və əməkdaşlığa hazırıq.

Bunu Yenisabah.az-a açıqlamasında Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində Böyük Azərbaycan Partiyasından prezidentliyə namizəd olan Elşad Musayev deyib. 

Namizəd bildirib ki, bu cür faktlar dünya təcrübəsində də yetərincə var:

“Biz ilk növbədə Azərbaycanda dünya təcrübəsinə uyğun seçkilər keçirməli və bu seçkilərə ölkəmizə yaraşan formada hazırlaşmalıyıq. İndiki halda biz buna görə ağır qrafiklə ölkənin bütün yerlərini gəzirik, insanlarımıza öz seçki təbliğatımızı çatdırırıq. Seçkilərdən sonra qalib gələn tərəflə əməkdaşlıq imkanlarını isə zaman göstərəcək. Azərbaycanda siyasi qüvvələrin bir-biri ilə əməkdaşlığa ehtiyacı var”. 

Elşad Musayev bütün bunlarla bağlı daha konkret addımların seçkilərdən sonra baş verəcəyini bildirib:

“Hər namizədin özünəməxsus fərqli fikirləri var və bütün bu düşüncələrin ən faydalı olanlarını seçib öz dövlətçilik fəaliyyətimizdə tətbiq etməliyik. Biz öz çıxışlarımızda həm tənqidlərimizi həm də təkliflərimizi tam aydın formada çatdırırıq. Rəqibimiz güclüdür, amma hər şey seçkilərdən sonra müəyyən olacaq”.

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …