Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Rəis yol polisi ilə bağlı şikayətlərdən danışdı

Rəis yol polisi ilə bağlı şikayətlərdən danışdı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Qafqazinfo” avtosfer.az-a istinadən xəbər verir ki, iclasda Bakı şəhər DYPİ-nin şöbə və bölmə rəisləri, komandir heyəti və paytaxtın rayon DYP şöbələrinin rəisləri də iştirak edib. Toplantıda çıxış edən Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov ötən il ərzində görülən işlərdən danışıb. Bildirilib ki, il ərzində yol hərəkəti qaydalarını pozan sürücü və piyadaların sayı artıb. Yol qəzalarının sayında isə azalma müşahidə olunub. Bu da qəzalar nəticəsində ölüm və yaralı faktlarının azalmasına gətirib çıxarıb. Qeyd olunub ki, yol qəzalarının 58 faizini piyadavurmalar təşkil edir. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi vacib hesab edilib.

İdarə rəisi yol polisi əməkdaşlarının nizam-intizam qaydalarından danışıraq bildirib ki, daxil olan müraciətlər arasında bu tipli şikayətlər də olur. Araşdırmalar nəticəsində təsdiqini tapan müraciətlərin nəticəsi olaraq DYP əməkdaşları arasında onlarla inspektor cəzalandırılıb, hətta işdən çıxarılanlar da var.

İclasda nöqsanlardan və çatışmazlıqlardan da danışılıb. Qeyd olunub ki, belə hallar yol polisinin nüfuzuna xələl gətirir. Buna görə də, əməkdaşlar xidmət zamanı son dərəcə diqqətli, təmkinli olmalı, qanunvericiliyin tələbinə uyğun hərəkət etməlidir.

Toplantı zamanı bəzi intizamsız sürücülərin yol polisi əməkdaşlarına qarşı kobud davranışından da danışılıb və bu cür hərəkətlər pislənilib. Eyni zamanda, belə sürücülərə qarşı sərt mübarizənin aparılması ilə bağlı tapşırıqlar verilib.

 

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın