Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rəis işdən niyə çıxarıldı? – 190 gün xaricdə olub

Rəis işdən niyə çıxarıldı? – 190 gün xaricdə olub

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis mayoru Zaur Cəfərovun işdən çıxarılmasının səbəbi açıqlanıb.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, işdən çıxarılmaya səbəb Z.Cəfərovun ötən bir ilin yarısından çoxunu ölkədən kənarda olmasıdır. Belə ki, polis mayoru bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirib. O, xaricə gedərkən əksər hallarda rəhbərliyə məlumat verməyib. Bu səbəbdən də vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun kürəkənidir.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın