Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb. 

“ Azinforum.az ” Axar.az-a istinadən xəbər verir ki, bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.

Məlumata görə, sabah İştimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Qeyd edək ki, bu gün KİV-də “Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovanın İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilməsi barədə xəbər yayılıb.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın