Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Rəhbər şəxslərin iştirakı ilə toplantı – Daha bir qərargah yaradıldı

Rəhbər şəxslərin iştirakı ilə toplantı – Daha bir qərargah yaradıldı

Xəzərdə baş vermiş qəza ilə bağlı qərargah yaradılıb.

Qafqazinfo”nun məlumatına görə, bu barədə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən, hadisə nəticəsində itkin düşənlərin axtarışının daha da sürətləndirilməsi və axtraış ərazisinin genişləndirilməsi, eləcə də bu işlərə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda yuxarıda qeyd olunmuş məqsədlərin həyata keçirilməsi üçün Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınıb. Yaradılmış Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, Qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunub.

Eyni zamanda, adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır. Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

 

Həmçinin oxuyun

İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır – ŞƏRH

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, …

Bir cavab yazın