Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rəfael Cəbrayılov aldatdığı vətəndaşlarla məxfi ittifaq qurur – TƏFƏRRÜAT

Rəfael Cəbrayılov aldatdığı vətəndaşlarla məxfi ittifaq qurur – TƏFƏRRÜAT

Son zamanlar mətbuatın gündəmindən düşməyən Rafael Cəbrayılovla bağlı yeni məlumat əldə etmişik.

Savash.org-a sızdırılan həmin məlumatda bildirilir ki, Rafael Cəbrayılov haqqında mediada səsləndirilən dələduzluq ittihamları ilə bağlı Prezident Adminstrasiyasına çağırılıb və ondan bu söhbətlərə birdəfəlik son qoymaq tələb olunub. Deputat isə hüzuruna çağırıldığı PA rəsmisi qarşısında öhdəlik götürüb ki, məsələni tezliklə yoluna qoyacaq.

Məhz bundan sonra millət vəkili artıq ondan mətbuata dəfələrlə şikayətçi olan “Lombard” sahibi, sahibkar Məlahət Abbasovadan aldığı pulun bir hissəsini qaytarıb. Çox yaxın günlərdə pulun qalan hissəsinin də qaytarılacağını vəd edən deputatın isə borclu olduqları qarşısında yeganə şərti, onların borc bağlandıqdan sonra mətbuatda çıxış edərək bir müddət öncə dediklərini təkzib etməsi olub. Tərəflərin bu məsələdə də anlaşdığı və Rafael Cəbrayılovun sözünü tutacağı təqdirdə borcluların dediklərini təkzib edəcəyi gözlənilir.

Savash.org xatırladır ki, deputat dəfələrlə mətbuata verdiyi açıqlamalrda heç bir vətəndaşdan pul almadığını və ona şər-böhtan atıldığını bildirirdi. İndi isə sahibkar xanımın və digərlərinin pulunu qaytarmaq istəməsi bu anlama gəlir ki, əslində Rafael Cəbrayılov həqiqətən də mandatından istifadə edərək vətəndaşları aldatmaqla məşğul olub.

Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz epizod Rafael Cəbrayılovun yeganə “əl işi” deyil. Belə ki, deputatın Şirvan şəhərində bir sahibkara da 35 min manat pul atdığı deyilir.Həmin sahibkardan pul ona görə alınıb ki, deputat sahibkara icra hakimiyyətindən obyekt üçün topraq sahəsi alacaqmış. Ancaq sahibkar artıq neçə aydır ki, süründürülür.Həmin sahibkarın kimliyi, eləcə də məsələ ilə bağlı daha geniş təfərrüatları yaxın günlərdə diqqətinizə çatdıracağıq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın