Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Quzu” restoranı yol hərəkət qaydalarını necə pozur?

“Quzu” restoranı yol hərəkət qaydalarını necə pozur?

Şərifzadə küçəsindən İnşaatçılar metrosu istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün qoyulmuş yol nişanlarının qarşısını bu restoranın reklam plakatı kəsib. Söhbət həm də kifayət qədər əhəmiyyətli olan piyada yol keçidinin olduğuna dair plakatdan gedir. Şərifzadə küçəsində yerləşən və Yasamal Qəbiristanlığı ilə yolun kəsişməsində olan «Piyada keçidi» yol nişanının tam qarşısında «Quzu restoranı» heç bir qanunlara əməl etmədən öz plakatını yerləşdirib.

Həm də piyadaların keçidi üçün yolun üstündə yerləşən zolaqlar da yararsız hala düşüb. Restoran sahibinin müvafiq olaraq qanunvericiliyin tələbələrinə əməl etməməsi üzündən Azərbaycan Nəşriyyatı istiqamətindən İnşaatçılar metrosu istiqamətinə hərəkət edən sürücülər restoranın plakatını görürür. «Piyadalara yol ver» nişanı isə ümumiyyətlə görünməz haldadır. Bundan başqa «Dayanma-durma qadağandır» işarəsi də ağacların arasında görünməz haldadır. Məhz restoranın bu pozuntuya yol verməsi səbəbindən hər an ərazidən keçən piyadalar üçün həyati təhlükə yaranır.

Güman edirik ki, «Quzu restoranı» tezliklə Yol Nişanlarının qarşısında reklam lövhəsinin yerləşdirilməsini yasaqlayan qanunların tələblərinə əməl edərək öz plakatını ərazidən yığışdıracaq. Ən azından o piyada keçidindən istifadə edən insanların həyatı naminə…

Qarşı tərəfi də dinləməyə hazırıq.

Bakıda «Quzu restoranı» yol hərəkət qaydalarını necə pozur?

Bakıda «Quzu restoranı» yol hərəkət qaydalarını necə pozur?

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …

Bir cavab yazın