Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Qurbanovun müavini işdən çıxarıldı

Qurbanovun müavini işdən çıxarıldı

Etibar Niftəliyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zaman Novruzov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini vəzifəsindən çıxarılmışdı. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin olunmuşdu.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın