Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Siyasət / Qüdrət Həsənquliyevin partiyası qeydiyyata alınmadı

Qüdrət Həsənquliyevin partiyası qeydiyyata alınmadı

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Bu barədə deputatın özü məlumat verib.

Onun sözlərinə görə, Nazirlik partiyanın təqdim etdiyi siyahılarda çatışmazlıqlar aşkar edib və partiyanı qeydiyyata almayıb.

“Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır”, – deputat deyib.

Həmçinin oxuyun

Separatçı rejim rəsmən ləğv olundu: Fərman

Qondarma rejimin “rəhbər”i Samvel Şahramanyan tanınmamış “DQR”in 2024-cü il yanvarın 1-dən ləğv ediləcəyi barədə “fərman” …