Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Qüdrət Həsənquliyev: “Vəkillər üçün keçid balı 60-dan 50-yə endirilsin”

Qüdrət Həsənquliyev: “Vəkillər üçün keçid balı 60-dan 50-yə endirilsin”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Vəkillər Kollegiyasına qəbulla bağı son imtahatnda bəhs etdi. O bildridi ki, hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür: “Bizdən yuxarıda Bosniya-Hersoqovinada isə 34 nəfər düşür. Avropa ölkələrində isə vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur. Kollegiyaya üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı”.

Q.Həsənquliyev yaz sessiyasında vəkillər haqqında yeni qanunun qəbul olunmasını zəruri saydı. Həmçinin təklif etdi ki, keçid balını 60 baldan 50-yə endirilsə, xeyli sayda yeni üzvlər Vəkillə Kollegiyasına seçilə bilər: “Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə, Kollegiyaya üzv olunsaydı belə, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır”.

Q.Həsənquliyev həmkarı S.Novruzovun amnistiya təklifini dəstəklədi. Bildirdi ki, həm mərhum prezident Heydər Əliyevin 95 illiyi, həm Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə amnistiyanın verilməsi çox yaxşı olardı: “Həmçinin bu il mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubelieyidir. Mən də o fikirdəyəm ki, geniş amnistiya vermək bizim milli maraqlarımız baxımından çox vacibdir. Xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinə amnistiya tətbiq oluna bilər. Amma bu, o demək deyil ki, həmin şəxslər hamısı azadlığa buraxılmalıdır. Həmin şəxslərin cəzaları yüngülləşdirilə bilər”.

Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, hakimlərin sayı ilə bağlı problem var: “Mən də sizinlə razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən geridəyik. Amma keçid balını 60 balı 50 bala endirsək, sabah deyəcəklər ki, 50 balı da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir”.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …