Şənbə , Avqust 17 2019
Ana səhifə / Siyasət / Qüdrət Həsənquliyev: “Bu, bizim suverenliyimizə hörmətsizlikdir”

Qüdrət Həsənquliyev: “Bu, bizim suverenliyimizə hörmətsizlikdir”

“Mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir. Bu, bizim suverenliyimizə həqarətdir. Bir suveren dövlətin ali hakimiyyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz”.
Deputat Qüdrət Həsənquliyev bunu Milli Məclisdəki çıxışı zamanı bildirdi və etiraz etdi.
 
O, qeyd etdi ki, məsələ dəqiqləşdirilməlidir: “Əgər mətbuatın yazdığı həqiqətdirsə, Milli Məclis məsələyə münasibət bildirməlidir. Bir dəfə Duma Azərbaycanda, yaxud Milli Məclis Rusiyada öz iclasını keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda ayrıca iclas keçirməsi bizim suverenliyiməz hörmətsizlikdir”.
Vitse-spiker Valeh Ələsgərov məsələyə aydınlıq gətirərək bildirdi ki, söhbət Rusiya Dövlət Dumasının Azərbaycanda iclas keçirməsindən getmir: “Söhbət Rusiya Dövlət Duması və Azərbaycanın Milli Məclisinin əməkdaşlıq komitəsinin iclasından gedir. Yəni iş planına əsasən bir dəfə Bakıda, bir dəfə də Moskvada əməkdaşlıq iclası nəzərdə tutulur. Yenə deyirəm, Dumanın, ya da Milli Məclisin iclasından söhbət getmir”.
Deputat Rövşən Rzayev də söz alıb, mətbuata xitabən bu yanlışlıqla bağlı təkzib verməyi xahiş etdi.

Həmçinin oxuyun

Əmək müqaviləsiz işçi işlədənlərə ciddi xəbərdarlıq

2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər …

Bir cavab yazın