Ana səhifə / Siyasət / Qubad İbadoğlu siyasi fəaliyyətinə fasilə verdi

Qubad İbadoğlu siyasi fəaliyyətinə fasilə verdi

Qubad İbadoğlu siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.
Bu barədə onun qardaşı Qabil Toğrul sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, ötən gün ADR İdarə Heyətinin toplantısı keçirilib:
“Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib. Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə  partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlayıb.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.
Qubad İbadoğlu ADR-dəki fəaliyyəti dövründə onunla bir cərgədə mübarizə aparmış partiya rəhbərliyinə və  üzvlərinə, xüsusilə həbsdə olduğu müddətdə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını çatdırır”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …